Kirayə yaşadığı evdən oğurluq edən şəxs TUTULDU
    • 18-10-2022, 12:16
    • 163

Kirayə yaşadığı evdən oğurluq edən şəxs TUTULDU

Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Qeyd edək ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.