Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən şəxs TUTULDU
    • 9-10-2022, 13:45
    • 215

Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən şəxs TUTULDU

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.

O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.