Ərdoğan Zelenski və Putini görüşdürmək istəyir
    • 18-10-2022, 13:57
    • 270

Ərdoğan Zelenski və Putini görüşdürmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və həmkarı Vladimir Putini görüşdürmək istəyindədir.
 
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
 
Kalın qeyd edib ki, Putin indi - Rusiya Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir:
 
“Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə Prezienti bunu bacarır”./Modern.az/