Fransada etiraz aksiyası: 6 nəfər saxlanıldı
    • 18-10-2022, 22:59
    • 269

Fransada etiraz aksiyası: 6 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən nümayiş zamanı 6 nəfər saxlanılıb.

News24.az  xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, nümayişçilər arasında "Blac Bloc" radikal qrupunun 200-ə yaxın nümayəndəsi var.

Daha əvvəl Parisin cənubundakı Monparnas qəbiristanlığının ərazisində etirazçılarla polis arasında toqquşmaların baş verdiyi bildirilib.

Qeyd edək ki, Parisdə keçirilən nümayiş Ümumi Əmək Konfederasiyası və bir sıra digər həmkarlar ittifaqları tərəfindən elan edilmiş tətilin tərkib hissəsi olub. Tətil nəqliyyatda və bir sıra digər sahələrdə böyük fasilələrə səbəb olub.