Moldova hava hücumundan müdafiə sistemlərini gücləndirir
    • 18-10-2022, 22:40
    • 259

Moldova hava hücumundan müdafiə sistemlərini gücləndirir

Moldova hökuməti hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir.

News24.az Moldova KİV-ə istinadla xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu oktyabrın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

“Biz başa düşdük ki, müdafiə sistemlərimizə sərmayə qoymalıyıq. Müdafiə nazirinin son bəyanatında deyilir ki, təəssüf olsun, Rusiya Moldovanın hava məkanının üç raketlə pozması faktını etiraf etməyə tələsmir. Biz təəccüblənmirik. Bu, yalnız bizim hava məkanımızı pozan raketləri və təyyarələri izləmək deyil, həm də bu cür cəhdləri dayandıran sistemləri işə salmaq üçün imkanlar axtarmaq qərarımızı gücləndirir”, - deyə Qrosu bildirib.

Hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı xərclərə gəlincə, Qrosu qeyd edib ki, qiymətləndirməyə Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunmalıdır.