Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib
    • 8-01-2019, 17:59
    • 2 103

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Məlumatı Ermənistan KİV-i yayıb.
Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyanhadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.
Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.
Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 11-ə çatıb.  

//Report