-
- 19-10-2022, 20:41
- 671
Afina Azərbaycandan qaz idxalını artırmaq imkanını nəzərdən keçirəcək
Yunanıstan Cənub Qaz Dəhlizinin genişləndirilməsini tam dəstəkləyir.
News24.az xəbər verir ki, bunu çərşənbə günü Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos deyib.
"Azərbaycanla Aİ arasında Avropaya qaz tədarükünün iki dəfə artırılması barədə anlaşma memorandumu çərçivəsində biz Azərbaycanla enerji sektorunda əməkdaşlığımızın genişlnməsini səbirsizliklə gözləyirik. Biz bununla bağlı bütün imkanlara müsbət yanaşırıq", - deyə o bildirib.
Səfir əlavə edib ki, Trans-Adriatik qaz xəttinin (TAP) tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha çox sayda Avropa ölkəsini vahid enerji sisteminə bağlayıb.
"Əlbəttə ki, biz gələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçirəcəyik", - səfir deyib.