Məhkumun gizlətdiyi silah 11 il sonra tapıldı
    • 20-10-2022, 10:41
    • 161

Məhkumun gizlətdiyi silah 11 il sonra tapıldı

Həbsdə olan şəxsin 2011-ci ildə torpağa basdırdığı silah aşkarlanıb.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib.

Xəbərə görə, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.