Evinin həyətində torpağa basdırılmış tüfəng tapdı Polislərə təhvil verdi
    • 29-07-2019, 20:10
    • 809

Evinin həyətində torpağa basdırılmış tüfəng tapdı Polislərə təhvil verdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az -a bildiriblər ki, Penitensiar Xidmətin, Şəki Penitensiar Müəssisənin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucov Mahir Həsrət oğlu Balakən rayonunun Qullar kəndində fərdi yaşayış evinin həyətində torpağa basdırılmış bir ədəd “CİFSAN” markalı tüfəngi könüllü olaraq təhvil verib.
Faktla bağlı araşdırma aparılır.