Bəstəkar Elmir Mirzəyevin müəllif konserti keçirilib - FOTO
    • 20-10-2022, 20:01
    • 269

Bəstəkar Elmir Mirzəyevin müəllif konserti keçirilib - FOTO

Müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Qeyd edək ki, bəstəkar Elmir Mirzəyev bir çox müasir musiqi layihələrinin təşkilatçısı, eyni zamanda SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəridir.

Bəstəkarın 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bоlqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukraynа, Moldova, Gürcüсtаn, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilib./"Report"/