Cəbrayılda qəzaya düşən Binəli Yıldırımdan - AÇIQLAMA
    • 20-10-2022, 22:39
    • 342

Cəbrayılda qəzaya düşən Binəli Yıldırımdan - AÇIQLAMA

Cəbrayılda yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım açıqlama verib. 

News24.az xəbər verir ki, Yıldırım sosial şəbəkə paylaşımında yazıb: 

"Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq.Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm".