Xarkov raket atəşinə tutulub, 6 nəfər yaralanıb
    • 21-10-2022, 10:42
    • 348

Xarkov raket atəşinə tutulub, 6 nəfər yaralanıb

Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini raket atəşinə tutması nəticəsində 6 dinc sakin yaralanıb.

News24.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, raket hücumu zamanı sənaye müəssisələrinin birində və yaşayış evlərində dağıntılar yaranıb.

Hazırda dağınıtının nəticələrini aradan qaldırmaq üçün aidiyyəti sahə xidmətinin əməkdaşları hadisə yerində işləyir.

Qeyd edilib ki, Ukraynanın bir sıra vilayət və şəhərlərində, o cümlədən Kiyev, Dnepropetrovsk, Xarkov, Zaporojyedə hava həyacanı siqnalı elan olunub.

Ukraynanın Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri Oleksandr Staruxun sözlərinə görə, Zaporojye şəhərini Rusiya hərbçilərinin raket atəşinə tutulması nəticəsində partlayış olub. /Report/