Laçın rayon prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır
    • 21-10-2022, 20:32
    • 398

Laçın rayon prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır

Laçın rayon prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır.

News24.az rayon prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.