Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
    • 23-10-2022, 09:35
    • 192

Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

News24.az APA-nın Mil-Muğan bürosuna istinadla xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib.

Fərdi yaşayış evində dəm qazı bir ailənin 5 üzvünün zəhərlənməsinə səbəb olub.

Ailə üzvləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib