İran-Ermənistan münasibətlərində maraqlı və müəammalı məqamlar
    • 24-10-2022, 13:12
    • 394

İran-Ermənistan münasibətlərində maraqlı və müəammalı məqamlar

"İran-Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar var".

News24.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir: "İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir".

Deputat digər məqamları belə sıralayır:

İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır;

İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb;

İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub;

Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.

"Əlavə olaraq: Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə dünən Tehrana yeni sanksiyalarının tətbiqini razılaşdırıb", - deyə Vüqar Bayramov qeyd edib.