Azərbaycan, Türkiyə və İran milli valyutaları ilə ticarət etmək məsələsində anlaşdı
    • 30-10-2018, 17:20
    • 949

Azərbaycan, Türkiyə və İran milli valyutaları ilə ticarət etmək məsələsində anlaşdı

“Azərbaycan – Türkiyə və İran milli pulları ilə ticarət etmək məsələsində anlaşdı.”

Bu sözləri İran Xarici İşlər naziri Cavad Zərif  Türkiyədə keçirilən, Türkiyə-Azərbaycan-İran üçtərəfli xarici işlər nazirləri toplantısından sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Zərif bu razılaşmanın regional əməkdaşlıq üçün, mühüm bir addım olacağını bildirib.

“Özəl sektorlarımız arasında bir forum təşkil etdik. Bu çalışma regional əməkdaşlıq üçün çox yaxşı bir addım olacaq. Həmçinin bank sektorları arasında əməkdaşlıq əlaqələri mövzusunda da razılaşdıq. Milli pullarımızla ticarət etmək məsələsində razılaşdıq. Bu müqavilə ilə iqtisadi əlaqələrimizi xarici müdaxilələrə qarşı qoruyacayıq. Ayrıca üç ölkədən ibarət texniki heyət qurduq. Bu heyətlər, növbəti 3 ili proqramlaşdırmaq üçün bir araya gələcək. Növbəti görüş İranda keçiriləcək və bu toplantıya qədər yaxşı bir plan hazırlamasını istədik”-Cavad Zərif belə deyib.

//Avropainfo