-
- 24-10-2022, 15:17
- 246
Baş nazir: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır"
"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır".
News24.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata verdiyi birgə bəyanatda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında misilsiz dostluq və sıx münasibətlər var: "Həmin münasibətlər tarixi əlaqələrə, qarşılıqlı hörmətə arxalanır. Mən əminəm ki, hazırkı mövcud olan əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq".
"Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və bu gün Ukraynada baş verən hadisələrin məhz danışıqlar yolu ilə həll edilməsi istiqamətində razılığa gəldik. Dünyada baş verən hadisələr həm regionumuz, həm də xalqlarımız üçün yalnız sülh və sabitlik yolu ilə həll edilməlidir. Biz regional vəziyyəti, xüsusilə Azərbaycan və Ermənistan ərazisində olan təmaslar, iki ölkə arasındakı sülh prosesini də nəzərdən keçirdik. Ümidvarıq ki, şəxsən mən və hökumətimiz sülh siyasətini yürütmək üçün əlimizdən gələni edəcəyik. Regiondakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik. Cənab Prezident, Sizin Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləmək istəyirəm ki, Cənubi Qafqazda əməkdaşlıq formatı yaransın", - İ.Qaribaşvili bildirib.
Baş nazir iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini də müzakirə etdiklərini vurğulayıb: "Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq həyata keçirdiyimiz mühüm layihələri nəzərdən keçiririk. Bunlar tarixi layihələrdir. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Orta Dəhliz layihələridir. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və işləri daha da sürətləndirmək niyyətindəyik".