Azərbaycanla İran arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub
    • 9-01-2019, 17:11
    • 1 071

Azərbaycanla İran arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.

DSX-nin Mətbuat Mərkəzinin verdiyi məlumata görə, iki ölkənin generalları İranın Biləsuvar şə­hə­rində bir araya gəlib. 
Tərəflər 2018-ci ilin dekabrın 11-də Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunan razılaşmaların icra­sını nəzərdən keçirib, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərin­də etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri, o cüm­lədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəru­ri­­li­yini vurğulayıblar. 
Azərbaycan və İran iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı, “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. 
Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən bura­xılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib. 

//Report