-
- 18-04-2019, 11:38
- 1 810
DSX rəisi Rusiya ilə dövlət sərhədində xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO
Aprelin 17-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinin News24.az-a verilən məlumata görə, səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilmiş, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.
Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, müqabil ərazidə baş vermiş texniki nasazlıq səbəbindən buraxılış rejimində yaranmış sıxlıq halları ilə əlaqədar görülməli olan tədbirlər haqqında müvafiq göstərişlər verilib.
Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilmiş, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məqsədlərilə dövlət sərhədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.