Bütün sosial yardımlar ÖDƏNİLDİ
    • 26-10-2022, 16:43
    • 237

Bütün sosial yardımlar ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Bu barədə News24.az-a nazirlikdən məlumat verilib.

Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə oktyabr ayının ödənişləri bu gün yekunlaşıb.