“Harry Potter”in ulduzunun ölüm səbəbi bəlli oldu
    • 26-10-2022, 18:46
    • 365

“Harry Potter”in ulduzunun ölüm səbəbi bəlli oldu

“Harry Potter”in ulduzu Robbi Koltreynin ölüm səbəbi bəlli olub.

News24.az "Olay"-a istinadən xəbər verir ki, 72 yaşlı sənətinin orqan çatışmazlığına görə dünyasını dəyişdiyi bildirilib.

Koltreynin ürək blokadası (ürəyin yuxarı kameralarından aşağı kameralara elektrik cərəyanının keçə bilməməsi), qan zəhərlənməsi (sepsis) və aşağı tənəffüs yollarının infeksiyaları olduğu da öyrənilib.

Məşhur aktyorun 2-ci tip şəkər xəstəliyinə tutulması ilə bağlı məlumatlar da yer alıb.