Pyer-Emerik Obameyanq “Arsenal”ın ən yaxşı futbolçusu seçilib
    • 9-01-2019, 18:37
    • 975

Pyer-Emerik Obameyanq “Arsenal”ın ən yaxşı futbolçusu seçilib

İngiltərənin “Arsenal” futbol klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq dekabrda komandasının ən yaxşı oyunçusu seçilib.

Bu barədə klubun saytında xəbər verilib. Xəbərdə deyilir ki, 29 yaşlı futbolçu cari mövsümdə artıq ikinci dəfə bu mükafata layiq görülüb. Hücumçu dekabrda klubun heyətində bütün turnirlər üzrə 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Obameyanq 2018-ci ilin yanvarında Almaniyanın “Borussiya Dortmund” klubundan “Arsenal”a transfer edilib.