Peskov oktyabrın 31-də Putin, Paşinyan və Əliyevin görüşünü təsdiqləyib
    • 28-10-2022, 00:21
    • 388

Peskov oktyabrın 31-də Putin, Paşinyan və Əliyevin görüşünü təsdiqləyib

Oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin , Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü baş tutacaq.

News24.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlar Soçidə keçiriləcək . Görüş Rusiyanın təşəbbüsü ilə baş tutacaq .

Bildirilib ki, danışıqlar zamanı liderlər 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gələcək addımları nəzərdən keçirəcəklər.

Kremlin məlumatına görə, liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər.

Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri də planlaşdırılır. Rusiya tərəflər arasında vasitəçi rolunda çıxış edərək bölgəyə sülhməramlı qüvvələr yeritdi.