Azərbaycan tankçıları Moskvaya hünərlərini sərgiləyəcək
    • 20-07-2018, 14:02
    • 1 710

Azərbaycan tankçıları Moskvaya hünərlərini sərgiləyəcək

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən News24.az-a  verilən məlumata görə, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.