-
- 29-10-2022, 21:39
- 275
Səfir: Türkiyə Qarabağın bərpasında da Azərbaycanın yanındadır
“Artıq beynəlxalq qurumların təmin edə bilmədiyi ədalət və təhlükəsizlik təmin edilib, Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh üçün fürsət yaranıb”.
News24.az xəbər verir ki, bunu Türkiyənin Respublika Günündə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, bu sülh və sabitlikdən sadəcə bölgə ölkələri deyil, bütün dünya qazanclı çıxacaq:
“Sabitlik və təhlükəsizliyin bölgəmiz, ölkəmiz və qonşularımız üçün çox əhəmiyyətli olduğuna inanırıq”.
Səfir qeyd edib ki, Türkiyə haqlı davasında olduğu kimi torpaqlarını işğaldan azad edəndən sonra da Qarabağın bərpa və quruculuğunda da Azərbaycanın yanındadır:
“Türkiyə bütün imkanları ilə hər sahədə ən öndə olan ölkədir. Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür. Beynəlxalq aləmdə tayı olmayan qardaşlığı isə sarsılmazdır. Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, kədəri kədərimizdir”.