Səfir: "Türkiyə və Azərbaycan hər zaman Pakistanın yanında olub"
    • 1-09-2022, 16:30
    • 397

Səfir: "Türkiyə və Azərbaycan hər zaman Pakistanın yanında olub"

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee və Türkiyə səfiri Cahit Bağçı görüşüb.

News24.az xəbər verir ki, bu barədə pakistanlı diplomat "Twitter"də bildirib.

"Qardaşım Türkiyənin səfiri Cahit Bağcıya ziyarətinə və Pakistanda baş verən daşqınlar nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar verdiyi başsağlığına görə minnətdaram. Türkiyə və Azərbaycan hər zaman Pakistanın yanında olub", səfir bildirib.