Paşinyan: "Sülhməramlıların mandatını 20 ilə qədər uzatmağa hazıram"
    • 29-10-2022, 22:02
    • 555

Paşinyan: "Sülhməramlıların mandatını 20 ilə qədər uzatmağa hazıram"

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatının 20 ilə qədər uzadılmasını istəyir.

News24.az xəbər verir ki, Paşinyan bu təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini xahiş edib.
“Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, - deyə Paşinyan bildirib.

Xatırıladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya əsasən, Qarabağda 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.