Nikol Paşinyan: “Rusiya Azərbaycan-Ermənistan müharibəsinə imkan verməz”
    • 20-07-2018, 18:40
    • 1 572

Nikol Paşinyan: “Rusiya Azərbaycan-Ermənistan müharibəsinə imkan verməz”

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda hərbi əməliyyatların bərpasına Rusiyanın imkan verməyəcəyini düşünür.

News24.az xəbər verir ki, Paşinyan  jurnalistlərlə söhbət zamanı bildirib ki, regionda müharibə təhlükəsi var. Bu müharibəyə hazır olmaq lazımdır, bununla yanaşı, Rusiya faktorunu da unutmaq olmaz.

“Düşünürəm ki, Rusiya regionda müharibənin yenidən alovlanmasına imkan verməz. Məncə Rusiya regionda hərbi əməliyyatların bərpa imkanının qarşısını alar”.