Ər arvadını bıçaqlayıb öldürdü
    • 31-10-2022, 10:17
    • 291

Ər arvadını bıçaqlayıb öldürdü

Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a Goranboy rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü  Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.