“İndigo”nun mətbəəsindəki faciəvi hadisə ilə bağlı YENİ XƏBƏR
    • 31-10-2022, 10:51
    • 244

“İndigo”nun mətbəəsindəki faciəvi hadisə ilə bağlı YENİ XƏBƏR

Ötən ilin dekabr ayının 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən “İndigo” MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində faciəvi şəkildə ölməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatb.

News24.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsində MMC-nin çapdan sonrakı sahənin rəisi vəzifəsində çalışan şəxs barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmədə MMC-də çapdan sonrkı sahənin operatoru vəzifəsində çalışan X.Təhməzovun qardaşı şirkət rəhbərliyindən hər hansı şikayt və tələbinin olmadığını bildirib. Həmçinin qeyd edilib ki, X.Təhməzov öz ehtiyatsızlığından, yəni dəzgahın içində qalan kağızı özü götürmək istəyərkən işlək avadanlığın arasında qalaraq ölüb. 

Məhkəmə MMC-nin sahə rəisinin baş vermiş hadisədə təqsirkar olmadığı qənaətinə gəlib. Təqsirləndirilən şəxsə barəsindəki cinayət işi üzrə bəraət verilib və onun barəsindəki polisin nəzarətində qalma qərarı ləğv edilib.