-
- 31-10-2022, 11:26
- 390
Bakıda dəhşətli qəza törədən “Land Rover” sürücüsünə hökm oxundu
Bu il iyunun 3-də saat 23 radələrində Bakı şəhər Nərimanov rayonu Xətai prospektində piyadanı vurub öldürən “Land Rover” markalı avtomobilin sürücüsünə hökm oxunub.
News24.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində sürücü, 1960-cı il təvəllüdlü Elçün Rüstəmov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işə baxılıb.
Məhkəmədə bildirilib ki, hadisə vaxtı sürücü “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada - 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub.
Daha sonra o, ağır vəziyyətdə olan piyadanı xəstəxanaya çatdırıb. Lakin bir neçə saat sonra 31 yaşlı piyada ölüb.
Məhkmədə sürücü piyadanın qəfil olaraq maşının qarşısına çıxdğını bildirib.
Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr tarixli hökü ilə E.Rüstəmova 1 il yarım müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.