Bakıda ailə faciəsi: Ata-anasını qəzada itirdi, özünü maşın vurub öldürdü
    • 26-10-2022, 12:48
    • 719

Bakıda ailə faciəsi: Ata-anasını qəzada itirdi, özünü maşın vurub öldürdü

Bu ilin 5 fevral tarixində Bakı şəhər Nizami rayonunda – Heydər Əliyev prospektinin “Yeni Klinika”nın qarşısından keçən hissəsində maşınla piyadanı vurub öldürən sürücü məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsində piyada Adilə Nəzərovanı “Mercedes” markalı avtomobillə vurub öldürən sürücü Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham edilib.

Məlum olub ki, vəfat edən piyadanın ata-anası 1991-ci ildə Rusiyada baş vermiş qəzada dünyasını dəyişib. Bu ilin 5 fevral tarixində saat 09:40 radələrində Adilə “Yeni Klinika”nın qarşısında yolu keçərkən avtomobil onu vurub. Mərhumun 2007-ci il təvəllüdlü qızı qalıb.
Sürücü qəzadan sonra dəfn və yas xərclərini üzərinə götürüb.

Sürücüyə 1 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək qadağan edilməklə 3 il həbs cəzası verilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.