Soçidə üçtərəfli görüş yekunlaşdı - YENİLƏNİB
    • 31-10-2022, 22:10
    • 354

Soçidə üçtərəfli görüş yekunlaşdı - YENİLƏNİB

20:40

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

News24.az
xəbər verir ki, görüş “Rus” sanatoriyasında keçirilir.

Görüş V.Putinin təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

**

İki saatdan artıq davam edən üçtərəfli görüş yekunlaşıb. Görüşün yekunlarına dair mətbuat konfransı keçirilib.