BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
    • 1-11-2022, 09:41
    • 215

BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi xanım Olqa Alqayerovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.