UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi
    • 1-11-2022, 12:24
    • 230

UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi

UEFA “Qarabağ”a Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə ödəniş edib.

News24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ağdam klubu turnirdəki qalibiyyətlərinə görə (Performance bonus) 1.294.000 (2 milyon 113 min 600 avro)avro alıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.