5 şir zooparkdan qaçdı
    • 2-11-2022, 10:55
    • 241

5 şir zooparkdan qaçdı

Avstraliyanın Sidney şəhərindəki Taronqa zooparkından dördü bala olmaqla beş şir qaçıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, qaçan aslanlar zooparka gələn qonaqların yerləşdiyi yerə 100 metr yaxınlaşıblar.

Aslanların qaçdığı müşahidə edildikdən sonra insanlar zooparkdan çıxarılıb. Şirlərin tutulmasına baxmayaraq, zoopark müvəqqəti ziyarət üçün bağlanıb.