Dünyanın ən zəhərli ilanı qəfəsdən QAÇDI: Zooparkdan HƏYƏCANLI XƏBƏRDARLIQ - FOTO
    • 31-10-2022, 13:12
    • 402

Dünyanın ən zəhərli ilanı qəfəsdən QAÇDI: Zooparkdan HƏYƏCANLI XƏBƏRDARLIQ - FOTO

Dünyanın ən uzun zəhərli ilanı kimi tanınan Kral Kobra zooparkda qəfəsdən qaçıb. 

News24.az xəbər verir ki, Stokholmun Djurqarden adasındakı zooparkdan qorxulu xəbər gəlib. Dünyanın ən zəhərli ilanlarından biri kimi tanınan və zooparkda qəfəsdə saxlanılan Kral Kobra qəfəsindən qaçmağı bacarıb.

6 saatlıq axtarışdan sonra meşəlik ərazidə olan və zooparka gətirilməyə çalışan ilan yenidən yoxa çıxıb.

Zoopark rəsmiləri ilanın çox təhlükəli olduğunu və ərazidə yaşayanların diqqətli olması lazım olduğunu bildirib.

Dişlədiyi şəxsi tərk etməyən bu kobra növünün  zəhərinin neçə adamı öldürdüyü ilə bağlı araşdırmalar hələ də dəqiqləşdirilməyib./Manset.az/