Qanunsuz ov edənlər saxlanıldılar
    • 2-11-2022, 11:43
    • 193

Qanunsuz ov edənlər saxlanıldılar

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.