Sabahın hava proqnozu AÇIQLANDI
    • 2-11-2022, 12:31
    • 174

Sabahın hava proqnozu AÇIQLANDI

Noyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.