Yasamalda maşın soyuldu
    • 2-11-2022, 12:59
    • 170

Yasamalda maşın soyuldu

Yasamalda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov küçəsində “Opel” markalı bir avtomobildən 50 manat pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.