Avtomobildən oğurluq edən şəxs tutuldu
    • 19-05-2021, 12:47
    • 420

Avtomobildən oğurluq edən şəxs tutuldu

Bakıda avtomobildən oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də rayon ərazisində bir avtomobildən 2 100 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Nadirov saxlanılıb.