Prezidentdən Arif Səmədovla bağlı SƏRƏNCAM
    • 3-11-2022, 15:29
    • 385

Prezidentdən Arif Səmədovla bağlı SƏRƏNCAM

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A.Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.