Jerar Pike futbolçu karyerasını bitirir
    • 4-11-2022, 11:08
    • 244

Jerar Pike futbolçu karyerasını bitirir

"Barselona"nın ulduz futbolçusu Jerar Pike "Almeria" ilə oyundan sonra futbolçu karyerasını başa vuracağını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin özü sosial şəbəkə hesabında paylaşım edib.

"Barselona" mənə hər şeyi verdi. "Culers" (Barselona fk fanatlarına verilən ad), siz mənə hər şeyi verdiniz. Həmişə demişəm ki, “Barselona”dan sonra karyeramda başqa komanda olmayacaq. Bu belə də qalacaq. Şənbə günü Camp Nouda son oyunumu keçirəcəyəm'', - deyə o bildirib.

Qeyd edək ki, karyerasında çoxsaylı titullar qazanan Pike 4 dəfə Çempionlar Liqasının və bir dəfə Dünya Kubokunun qalibi olub.