Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək
    • 11-01-2019, 10:07
    • 1 064

Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldudan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

Bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Bildirilir ki, polis Ronaldunu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.
Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.
Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldunu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.

//Report