-
- 4-11-2022, 13:01
- 244
İlham Əliyev Fuat Oktayı qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayı qəbul edib.
News24.az xəbər verir ki, vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlət başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.
Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulanıb, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.
***
11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.