-
- 8-11-2022, 10:42
- 521
" Sevincimiz, qürurumuz, Zəfərimiz " -"Liatris Holding" Qələbə gününü belə qeyd etdi
Daim şəhid və qazi ailələrini diqqətdə saxlayan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu dəfə Zəfər Günü ilə əlaqədar şəhid ailələri və qazilər üçün ziyafət təşkil edib.
News24.az-ın məlumatına görə, bayram tədbirində şəhid anaları, şəhid ataları, şəhid xanımları, Vətən Müharibəsi qəhrəmanları ilə yanaşı, yüksək rütbəli şəxslər və rəsmilər fəxri qonaq qismində dəvət olunub.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi Xalq artisti, professor, general-mayor Yusif Axundzadə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov, hərbi dirijor, Kapitan Murad Xəlilov və Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova tədbirdə iştirak edib.
Milli Məclisin deputatları Arzu Nağıyev, Jalə Əhmədova, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev tədbirə gələn rəsmilər sırasında idilər.
Tədbirdə öncə 112 nömrəli hərbi hissənin orkestrinin ifasında Azərbaycanın himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Ardınca tədbir təşkilatçısı Ruhi Əliyeva söz alıb. O bildirib ki, Zəfər Günü Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış mühüm bir gündür: “Məhz bu möhtəşəm Qələbə ilə Azərbaycan dünyaya öz varlığını, bölünməzliyini bir daha sübut etdi. 2 il əvvəl rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Düzdür, bu qələbə bizə asan başa gəlmədi. Neçə cəsur, qorxmaz, igid oğullar qurban verdik. Neçə şir ürəkli qəhrəmanlarımız yarımcan oldu.
Üzüldük, canımız yandı, amma yolumuzdan dönmədik. Ruhumuzdakı azadlıq eşqi, torpaq sevgisi yaralarımıza məlhəm oldu.
Mübarizə əzmimiz zərrə qədər azalmadı. Məhz bu əzm, bu torpaq sevgisi bizi qələbəyə qovuşdurdu. 30 illik həsrət sona çatdı. Tariximizdə çox böyük Zəfəri qazandıq.
Bu sevinc, bu əvəzsiz gün üçün biz hər gün iti zəkası ilə ölkəmizi dünya dövlətləri arasında qalib dövlət kimi tanıdan əziz Prezidentimiz İlham Əliyevə və hər biri Azərbaycan xalqının könlündə taxt quran cəsur, igid oğullara minnətdarıq. Bu gün o torpaqlardakı quruculuq işlərinə, Qarabağ torpağının yenidən canlanmasına görə onlara minnətdarıq.
Bu Zəfər tədbirimiz Azərbaycanın ən şərəfli günlərindən birini qeyd etməklə yanaşı, məhz bu Qələbəni bizə qazandıran Vətən-adamlara təşəkkür və şükranlıq anlamında düzənlənib”.
Hər kəsi Zəfər günü və Qələbənin ildönümü ilə bağlı təbrik edən Polkovnik Elşad Əbilov isə bu fikirləri bölüşüb: “Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə və nailiyyət xalqımızın uzun müdətdir gözlədiyi tarixi hadisə idi. Şükr olsun Allaha ki, bu arzu reallaşdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənin illərdir möhkəmləndirdiyi müdafiə xəttini yarıb, tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bütün şəhid analarının əllərindən öpüb, onlara səbr və dözüm, qazilərimizə isə Allahdan cansağlığı arzulayıram”.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, millət vəkili Arzu Nağıyev daim könlündə bir nisgil qaldığını deyib: “Narahat idim ki, nə vaxtsa övladlarımızın, nəvələrimizin qarşısında Qarabağla bağlı çox ciddi suala cavab verməli olacağıq. 30 illik xidmətdən sonra mən də təqaüdə çıxdım. Lakin Qarabağ yarası hər zaman mənimlə idi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Rəşadətli Azərbaycan Ordusu və şəhadəti şərəf sayan Azərbaycan anasının, bacısının vəhdəti ilə biz qalib olduq. Sizə ancaq sevinc və səadət gözyaşları arzu edirəm”.
Tədbirin fəxri qonaqlarından biri olan ilahiyyatçı Hacı Şahin Həsənli də çıxışçılar arasında idi: “Tədbirin təşkilatçısı, dəyərli Ruhi xanıma öz təşəkkürümü bildirirəm. Artıq neçənci tədbirdir ki, Qarabağ zəfərinə həsr olunub. Bu gün sevinc və kədərin uzalaşdığı bir gündür. Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu gün bizim fədakar övladlarımızın haqq savaşında şəhadətə ucaldığı gündür. Bu tədbirdə şəhid ataları, şəhid anaları var. Onlar bizim borclu olduğumuz insanlardır. Biz onların borcundan heç vaxt çıxa bilməyəcəyik. Qazilərimizin də bizdə yeri ayrıdır. Onlar müqəddəs peşəni icra ediblər.
Mənim həyatımda ən dəyərli günlərdən biri Şuşada qılınan bayram namazı idi. Dəfələrlə ziyarətgahlarda olmuşam. Ancaq Şuşada olanda, Gövhər ağa məscidində namaz qılanda həqiqətən də şəhidlərin ruhunun orada dolaşdığını hiss edirdim. Ömrümdə ilk dəfə namazı yarımçıq saxlamaq istədim. Çünki həyəcandan dizim bükülürdü. İlk dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Yaddaşıdan heç zaman silinməyəcək anları yaşadım. Bu qələbədə Ali Baş Komandamızın qətiyyəti ilə yanaşı, Ordumuzun gücü və xalqımızın birliyi mühüm rol oynadı. Düşmən məzhəblərarası, dinlərarası nifaq salmaq istəyirdi. Azərbaycan xalqı bir olmağı bacardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Azərbaycan tarixində Zəfər gününə tay olan ikinci bir qələbə olmadığını vurğuladı: “Vətən adı ilə çəkilən oğulların hər birinə vəfa, şərəf və ləyaqət borcumuz var. Zəfər Günündə hər birinizi təbrik edirəm, uğurlar diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Müdafiə Nazirliyinin hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova isə bildirib ki, daim şəhid ailələrinin yanında yer alacaq: “Şəhid anaları, qazi qardaşlarım, Allah sizə cansağlığı versin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Gözəl bacım, Ruhi xanım hər zaman Azərbaycan Ordusunun yanında yer alıb. Müdafiə Nazirliyinin bütün rəhbər heyəti adından sizə təşəkkür edirəm”.
Milli Məclisin deputatı Jalə Əhmədova Zəfər Gününü borclu olduğumuz şəhid ailələrinə təşəkkür edib: “Allah sizləri var eləsin, sizi bu millətə çox görməsin. Hər birinizin qarşısında baş əyirəm, əllərinizdən öpürəm. Yaralarımız, itkilərimiz qəlbimizdədir. Ancaq biz bu bayramı təntənə ilə qeyd etməliyik. Çünki bu bayramı sizin övladlarınız ərsəyə gətiriblər. Onlar torpağı Vətən ediblər. Qazilərimizə xüsusi xüsusi təşəkkür edirəm. Onlar bizim canlı şəhidlərimizdir. Azərbaycan xalqına bundan sonra ancaq zəfər və xoşbəxtlik gözyaşları arzu edirəm.
Tədbirin təşkilatçısı Ruhi xanıma öz minnətdarlığımı bildirirəm. O, hər zaman problemi olan insanlara dəstək olur, şəhid ailələrinə, qazilərə qayğısını göstərir. Allah onun balalarını qorusun”.
Qeyd edək ki, tədbirdə tanınmış sənətkarlar, Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Zülfiyyə Xanbabayeva, Təranə Muradova, müğənni İlhamə Qasımova və Çinarə Məlikzadə iştirak edib, “Səma rəqs qrupu” isə öz sənət nümunələri ilə günə rəng qatıb.