Kreml Azərbaycan və Ermənistana çağırış etdi
    • 7-11-2022, 14:56
    • 263

Kreml Azərbaycan və Ermənistana çağırış etdi

Kreml Azərbaycan və Ermənistana çağırış edib.

News24.az "Qafqazinfo"ya istinadən bildirir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır:

 “İki ölkəni də gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”.