“Bu, yaxşı bir şey vəd etmir” - Rusiyadan Çinə dəstək
    • 2-08-2022, 16:33
    • 2 039

“Bu, yaxşı bir şey vəd etmir” - Rusiyadan Çinə dəstək

“Rusiya Tayvan məsələsində Çinlə həmrəydir, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri ilə əlaqədar Pekinin narahatlığını anlayır”.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki,  bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

“Əlbəttə, biz burada Çinlə tam həmrəy olduğumuzu bir daha vurğulamaq istəyirik. Onun bu problemə çox həssas münasibəti tamamilə başadüşüləndir. Təəssüf ki, ABŞ bu həssaslığa hörmətlə yanaşmaqdansa, qarşıdurma yolunu seçir. Bu, yaxşı bir şey vəd etmir, burada yalnız təəssüflənmək olar”, - Peskov deyib.

Kreml nümayəndəsi bildirib ki, ABŞ-ın addımları regionda gərginliyin artmasına aparır.