"Mən bənna, sürücü yox, aşıq qızıyam" - Nazpəri Dostəliyeva
    • 20-07-2018, 15:22
    • 2 404

"Mən bənna, sürücü yox, aşıq qızıyam" - Nazpəri Dostəliyeva

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyevanın "Fəlsəfə doktoru" adını alması xəbəri öz təsdiqini tapmayıb. 

Məsələ ilə əlaqədar ifaçının özü də açıqlama verib. O, şəxsi instagram hesabında foto paylaşaraq bunları yazıb:

"Mənim aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər...  Bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam.

Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur. 

Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam.  

Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq".

Teymur Məmmədov