Azərbaycan səfiri İran XİN-ə çağırıldı
    • 11-11-2022, 00:36
    • 323

Azərbaycan səfiri İran XİN-ə çağırıldı

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Anadolu” agentliyi xəbər verir ki, İran XİN görüşlə bağlı bəyanat dərc edib.

Bəyanatda deyilir: “Azərbaycan hakimiyyətinin qeyri-dost bəyanatları və Azərbaycan mətbuatının qara təbliğatından narazılıq Azərbaycan səfirinə çatdırılıb. Bizim gözləntimiz bu prosesin ən qısa zamanda başa çatdırılması və bir daha təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsidir”.